Ankara qərəzli qətnaməni Avropa Parlamentinə olduğu kimi geri qaytarıb

Ankara qərəzli qətnaməni Avropa Parlamentinə olduğu kimi geri qaytarıb "Avropa Parlamenti qərəzli və tək tərəfli qərarlar qəbul etməməlidir"
Region
1 May , 2015 05:27
Ankara qərəzli qətnaməni Avropa Parlamentinə olduğu kimi geri qaytarıb

Bakı. 1 May. REPORT.AZ/ Türkiyənin Avropa Birliyi (AB) yanındaki daimi nümayəndəliyi, Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərəzli qətnaməsini olduğu kimi Ankaraya göndərmədən geri qaytarıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin baş katibinin imzasıyla aprelin 29-da Türkiyə nümayəndəliyinə təqdim edilən bu sənəd Ankaradan gələn tapşırığa müvafiq olaraq Türkiyəyə göndərilmədən Avroparlamentə geri qaytarılıb.

Sənədə əlavə edilən məktubda vurğulanır ki, Avropa Parlamenti qərəzli və tək tərəfli qərarlar qəbul etməməlidir, bu kimi mövzular isə parlamentlərin müzakirəsinə çıxarılmamalıdır.

Xatırladaq ki, aprelin 15-də Avropa Parlamenti “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə layihəsi müzakirə edərək qəbul etdi.

Qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilirdi.

Son xəbərlər

Orphus sistemi