Yuxarı

Ankara məhkəməsi СНР-nin keçmiş liderinin dinlənilməsi ilə bağlı 38 nəfəri həbs edib

Dəniz Baykalın danışıqlarının dinlənilməsində şübhəli bilinənlər Fətullah Gülənin tərəfdarlarıdır

Bakı. 23 avqust. REPORT.AZ/ Ankara məhkəməsi Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykalın danışıqlarının qeyri-qanuni dinlənilməsində təqsirləndirilən 38 nəfəri həbs edib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl bildirilirdi ki, D.Baykalın danışıqlarının dinlənilməsində şübhəli bilinənlər Fətullah Gülənin tərəfdarlarıdır.

Məhkəmə 38 nəfərin həbs edilməsinə dair qərar verməklə yanaşı, 10 nəfəri ölkədən çıxmamaq şərti ilə azadlığa buraxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi