Ankara Ədliyyə Sarayının qarşısında atışma baş verib, 1 ölü, 2 yaralı var - YENİLƏNİB

Ankara Ədliyyə Sarayının qarşısında atışma baş verib, 1 ölü, 2 yaralı var - YENİLƏNİB Naməlum şəxslər Türkiyədə hərbi çevrilişə cəhd göstərən generalların ədliyyə binasına gətirildiyi ərəfədə atəş açıb
Region
18 İyul , 2016 14:13
Ankara Ədliyyə Sarayının qarşısında atışma baş verib, 1 ölü, 2 yaralı var - YENİLƏNİB

İlk xəbər 13:28-də qoyulub

Bakı. 18 iyul. REPORT.AZ/ Ankara Ədliyyə Sarayının qarşısında silahlı insident baş verib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, naməlum şəxslər Türkiyədə hərbi çevrilişə cəhd göstərən generalların ədliyyə binasına gətirildiyi ərəfədə atəş açıb. 

Xüsusi təyinatlı polislər hadisənin böyüməsinin qarşısını alıb və həmin şəxslərdən birini zərərsizləşdirib, digər ikisini isə yaralı olaraq nəzarət altına alıblar. 

Son xəbərlər

Orphus sistemi