Angela Merkel: "Terrorçuluğun çirkin üzünü İstanbul, Paris, Ankara və Tunisdə gördük"

Angela Merkel: "Terrorçuluğun çirkin üzünü İstanbul, Paris, Ankara və Tunisdə gördük" Almaniyanın kansleri: "Ölən və yaralananlar arasında vətəndaşlarımızın da olmasından narahatıq"
Region
12 Yanvar , 2016 18:07
Angela Merkel: Terrorçuluğun çirkin üzünü İstanbul, Paris, Ankara və Tunisdə gördük

Bakı. 12 yanvar. REPORT.AZ/ "Beynəlxalq terrorçuluğun çirkin üzünü İstanbul, Paris, Ankara və Tunisdə gördük. Buna qarşı birlikdə tədbir görməliyik".

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angel Merkel İstanbulda törədilən terror aktına münasibət bildirərkən deyib.

O qeyd edib ki, terror aktı barədə ətraflı məlumata malik deyillər: "Məlumatların hamısından xəbərdar olmasaq da, ölən və yaralananlar arasında Almaniya vətəndaşlarının da olmasından narahatıq".

Xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkelə zəng edib və yanvarın 12-də törədilən terror aktı barədə məlumatlandırıb.

Ə.Davudoğlu terror aktı nəticəsində həlak olan 10 nəfərin çoxunun Almaniya vətəndaşı olduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulda Sultanahmet meydanında törədilən terror aksiyası nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Terroru 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törətdiyi müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi