​Angela Merkel: "Şərq tərəfdaşlığı" Rusiyaya qarşı yönəlməyib"

​Angela Merkel: "Şərq tərəfdaşlığı" Rusiyaya qarşı yönəlməyib" "Tərəfdaşlığın məqsədi bu layihəyə qoşulan dövlətləri Aİ-yə, yaxud NATO-ya üzvlüyə daxil etmək deyil"
Region
19 Mart , 2015 15:07
​Angela Merkel: Şərq tərəfdaşlığı Rusiyaya qarşı yönəlməyib

Bakı. 19 mart. REPORT.AZ/ "Avropa İttifaqının "Şərq tərəfdaşlığı" layihəsi Rusiyaya qarşı yönəlməyib". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədi bu layihəyə qoşulan dövlətləri Aİ-yə, yaxud NATO-ya üzvlüyə daxil etmək deyil.

"Razılaşmanın hədəfi bu ölkələrdə insanların gələcəyinin daha yaxşı təmin edilməsi, hüquqi dövlətin və uğurlu iqtisadiyyatın formalaşdırılmasını dəstəkləməkdir. "Şərq tərəfdaşlığı"nın hər hansı dövlətə yönəlməməsi ilə bağlı mövqeyi dəyişməzdir", - o vurğulayıb.

Xatırladaq ki, "Şərq tərəfdaşlığı"nın təəssübkeşləri Polşa və İsveçdir. Bu layihə 2008-ci ildə Aİ-nin Brüsseldə keçirilən sammitində təsdiqlənib. 2009-cu ilin mayında isə Praqada rəsmi olaraq təsis edilib. Bu proqramın məqsədi Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmaqdır.



Son xəbərlər

Orphus sistemi