Yuxarı

Angela Merkel: "Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var"

Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun yaranması üçün səy götərmək niyyətindədir

Bakı. 2 iyun . REPORT.AZ/ "Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun yaranması üçün səy götərmək niyyətindədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angel Merkel Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var: "Osmanlı İmperiyasında düşünülmüş qaydada həyata keçirilən hadisənin həllinə də səy göstərəcəyik. Almaniyada 3 milyona yaxın etnik türk vətəndaşımız yaşayır. Ona görə də mən və Almaniya hökumətinin bütün üzvləri Ermənistanla Türkiyə arasında danışıqların yaranmasına öz töhfəmizi vermək niyyətindəyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi