Angela Merkel: "Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var"

Angela Merkel: "Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var" "Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun yaranması üçün səy göstərmək niyyətindədir"
Region
2 İyun , 2016 17:09
Angela Merkel: Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var

Bakı. 2 iyun . REPORT.AZ/ "Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun yaranması üçün səy göstərmək niyyətindədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angel Merkel Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var: "Osmanlı İmperiyasında düşünülmüş qaydada həyata keçirilən hadisənin həllinə də səy göstərəcəyik. Almaniyada 3 milyona yaxın etnik türk vətəndaşımız yaşayır. Ona görə də mən və Almaniya hökumətinin bütün üzvləri Ermənistanla Türkiyə arasında danışıqların yaranmasına öz töhfəmizi vermək niyyətindəyik". 

Son xəbərlər

Orphus sistemi