Rusiyalı Andlılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

Rusiyalı Andlılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb Onlar Zaur Dadayevi rusiyalı siyasətçinin qətlində təqsirkar biliblər
Region
29 İyun , 2017 17:27
Rusiyalı Andlılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

Bakı. 29 iyun. REPORT.AZ/ Andlı iclasçılar rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, andlı iclasçılar üçgünlük müzakirələrdən sonra müşavirə otağından çıxıb və hökmün hazır olduğunu bildirib.

Onlar Zaur Dadayevi rusiyalı siyasətçinin qətlində təqsirkar biliblər.

Hakim hökmün öyrənilməsi üçün vaxt istəyib.

Qeyd edək ki, B.Nemtsovun qətli ilə bağlı beş nəfərin istintaqı üzrə iş gedir.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də axşam saatlarında qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi