​Ancelina Coli: "Türkiyəni hər yerdə tərifləyirəm"

​Ancelina Coli: "Türkiyəni hər yerdə tərifləyirəm" "BMT Təhükəsizlik Şurasının üzvlərinə çağırış edirəm: nazirlərinizi, səfirlərinizi bura göndərin"
Region
21 İyun , 2015 13:10
​Ancelina Coli: Türkiyəni hər yerdə tərifləyirəm

Bakı. 21 iyun. REPORT.AZ/ "Dünyada qaçqınlara ən çox yardım edən dövlət olduğu üçün Türkiyəni hər yerdə tərifləyir, müdafiə edirəm".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olarkən, Hollivudun tanınmış aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Coli deyib.

Türkiyə prezidenti isə "İnsani, vicdani və islami vəzifələrimizi yerinə yetiririk", - söyləyib.

Ancelina Coli Türkiyə xalqına və Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək bildirib: "Bu, çox böyük bir məsuliyyətdir. Ölkə bu yükə davam gətirir, mərhəmətini göstərir. Buraya daha çox yardım gətirilməlidr. Fondlara daha çox pul köçürülməli və Türkiyəyə dəstək verilməlidir.

"BMT Təhükəsizlik Şurasının üzvlərinə çağırış edirəm: nazirlərinizi, səfirlərinizi bura göndərin. Bu böhrana şahid olun. Bunun belə davam etməyəcəyini görün. Müharibənin başa çatması, siyasi bir çözümə çatmaq üçün etibarlı bir planın hazırlanması zamanı çoxdan çatıb. Türkiyə, İraq, Livan və İordaniya xalqlarına comərdlikləri üçün təşəkkür edirəm".

Qeyd edək ki, Ancelina Coli iyunun 20-də Türkiyənin Mardin bölgəsindəkı suriyalı və iraqlı qaçqınları məskunlaşdıqları düşərgələrə baş çəkib.

Xatırladaq ki, A.Coli əvvəllər də Türkiyənin Suriya ilə sərhədindəki qaçqın düşərgələrində olub. O, 2011-ci ildə Türkiyəyə gələndə qaçqınların sayı 10 min idi. İndi isə suriyalı qaçqınların sayı 2 milyonu keçib. 

Son xəbərlər

Orphus sistemi