Qəzaya uğrayan ​"An-12" təyyarəsinin komandiri Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib

Qəzaya uğrayan ​"An-12" təyyarəsinin komandiri Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib Gevorq Tovmasyan helikopterlə Dağlıq Qarabağdan yaralı erməniləri daşıyıb, onlara dava-dərman çatdırıb
Region
6 Noyabr , 2015 14:57
Qəzaya uğrayan ​An-12 təyyarəsinin komandiri Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsinin komandiri, Ermənistan vətəndaşı Gevorq Tovmasyan Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Gevorq Tovmasyan helikopterlə Dağlıq Qarabağdan yaralı erməniləri daşıyıb, onlara dava-dərman çatdırıb. Xəbərdə bildirilib ki, o, Əfqanıstanda keçmiş sovet qoşunlarının tərkibində xidmət edib.

Qeyd edək ki, Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsi Ermənistanın "Ala İnternational Ltd" şirkətinə məxsusdur. Onun göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan, biri isə Rusiya vətəndaşıdır. Təyyarə yaşayış evinin üstünə düşdüyündən qəza nəticəsində 50-dən çox insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi