​Amano: "İran və MAQATE nüvə proqramının mübahisəli məsələləri üzrə anlaşma əldə edib"

​Amano: "İran və MAQATE nüvə proqramının mübahisəli məsələləri üzrə anlaşma əldə edib" "Qarşıda hələ çox işlərin olmasına baxmayaraq, hər iki tərəf müəyyən aspektlərlə bağlı yaxşı qarşılıqlı anlaşma nümayiş etdirir"
Region
3 İyul , 2015 14:40
​Amano: İran və MAQATE nüvə proqramının mübahisəli məsələləri üzrə anlaşma əldə edib

Bakı. 3 iyul. REPORT.AZ/ İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) nüvə proqramının həllindəki mübahisəli məsələləri həll etmək üçün yaxşı qarşılıqlı anlaşma nümayiş etdirir."Report" TASS-a istinadən xəbər verir ki,bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amanonun Tehrana səfərinin nəticələrinə həsr olunan açıqlamasında bildirilir.

"Qarşıda hələ çox işlərin olduğuna baxmayaraq, hesab edirəm ki, hər iki tərəf müəyyən aspektlərlə bağlı yaxşı qarşılıqlı anlaşma nümayiş etdirir",- Amano deyib.

"Biz, həmçinin "altılıq" ölkələri və İran arasında birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı danışıqların gedişini və razılaşma çərçivəsində təşkilatımızın nəzarət funksiyaları məsələlərini müzakirə etdik", - Amano qeyd edib.

Onun sözlərinə görə, "səfərin məqsədi İranın nüvə proqramı ilə bağlı bütün qalan məsələlərin müzakirəsi istiqamətində danışıqlar aparmaq, o cümlədən, onun mümkün hərbi yönümlü olması məsələsinə aydınlıq gətirmək idi".

Son xəbərlər

Orphus sistemi