İranla ​"altılıq" ölkələri arasında növbəti görüşün tarixi açıqlanıb

İranla ​"altılıq" ölkələri arasında növbəti görüşün tarixi açıqlanıb Katrin Rey: "Aİ İranın nüvə problemi üzrə danışıqların razılaşdırılmış formatını dəstəkləyir"
Region
27 Fevral , 2015 16:27
İranla ​altılıq ölkələri arasında növbəti görüşün tarixi açıqlanıb

Bakı. 27 fevral. REPORT.AZ/ İranın nüvə problemi ilə bağlı "altılıq" dövlətlərinin diplomatları ilə Tehran nümayəndələri arasında keçiriləcək görüşün vaxtı təyin edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerininin rəsmi nümayədəsi Katrin Rey bildirib.

Onun sözlərinə görə, görüş martın 5-də İsveçrənin Montrö şəhərində keçiriləcək.

"Aİ İranın nüvə problemi üzrə danışıqların razılaşdırılmış formatını dəstəkləyir. Diplomatlar səviyyəsində danışıqlar ötən həftə gerçəkləşib və qarşıdan gələn həftə də davam etdiriləcək", - K.Rey vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə ABŞ dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin martın 3-də Montrödə görüşəcəyi haqda xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi