"Altılıq" ölkələri və İranın XİN rəhbərlərinin görüşünün tarixi açıqlanıb

"Altılıq" ölkələri və İranın XİN rəhbərlərinin görüşünün tarixi açıqlanıb Rusiyalı diplomat: "Görüş iyunun 25-dən danışıqların son tarixinə, 30-dək keçiriləcək"
Region
19 İyun , 2015 11:19
Altılıq ölkələri və İranın XİN rəhbərlərinin görüşünün tarixi açıqlanıb

Bakı. 19 iyun. REPORT.AZ/ İranın nüvə proqramı üzrə "altılıq" dövlətlərinin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin ) xarici işlər nazirləri ilə rəsmi Tehran nümayəndələri arasında görüş iyunun 25-30-da keçiriləcəck.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavini bildirib ki, görüş iyunun 25-də başlayacaq və danışıqların başa çatması üçün müəyyənləşdirilən son tarix olan 30 iyuna qədər davam edəcək. 

Onun sözlərinə görə, mütəxəssislər və diplomatlar yekun razılaşma sənədinin hazırlanması üçün fasiləsiz işləyirlər: "Faktiki olaraq, danışıqlar fasiləsiz rejimdə davam edir. Nümayəndə heyətləri Vyanadadır. Onlar iyunun sonu, ola bilsin iyulun əvvəlinədək orada qalsınlar. Ancaq mən əminəm ki, bütün işlər iyunun 30-dək başa çatacaq".

Qeyd edək ki, iyunun 30-da İranın nüvə proqramı ilə bağlı yekun sənəd imzalanmalıdır.

Son xəbərlər

Orphus sistemi