Bakı. 31mart. REPORT.AZ/ Lozannada "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətlərinin təmsilçiləri ilə İranın nümayəndə heyəti arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqların plenar görüşü başa çatıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, görüş yarım saat sürüb. Məlumata əsasən, tərəflər mümkün siyasi razılaşmanın prinsiplərinin hazırlanmasını müzakirə ediblər.
Xatırladaq ki, müzakirələr "altılıq" dövlətləri və İranın xarici işlər nazirləri səviyyəsində keçirilir. Rusiyanı Sergey Lavrovun əvəzinə müavini Sergey Ryabkov təmsil edir.