​"Altılıq" dövlətlərinin təmsilçiləri ilə İran nümayəndələri arasında plenar görüş başa çatıb

​"Altılıq" dövlətlərinin təmsilçiləri ilə İran nümayəndələri arasında plenar görüş başa çatıb Tərəflər mümkün siyasi razılaşmanın prinsiplərinin hazırlanmasını müzakirə ediblər
Region
31 Mart , 2015 12:30
​Altılıq dövlətlərinin təmsilçiləri ilə İran nümayəndələri arasında plenar görüş başa çatıb

Bakı. 31mart. REPORT.AZ/ Lozannada "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətlərinin təmsilçiləri ilə İranın nümayəndə heyəti arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqların plenar görüşü başa çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, görüş yarım saat sürüb. Məlumata əsasən, tərəflər mümkün siyasi razılaşmanın prinsiplərinin hazırlanmasını müzakirə ediblər.

Xatırladaq ki, müzakirələr "altılıq" dövlətləri və İranın xarici işlər nazirləri səviyyəsində keçirilir. Rusiyanı Sergey Lavrovun əvəzinə müavini Sergey Ryabkov təmsil edir.

Son xəbərlər

Orphus sistemi