​Alparslan Türkeşin oğlu atasının partiyasından istefa verib

​Alparslan Türkeşin oğlu atasının partiyasından istefa verib Toğrul Türkeş MHP-nin Türkiyə Böyük Millət Məclisindəki deputat qrupundan da çıxdığını bildirib
Region
18 Sentyabr , 2015 13:13
​Alparslan Türkeşin oğlu atasının partiyasından istefa verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin müvəqqəti hökumətinin baş nazirinin müavini və Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradan olan deputatı Toğrul Türkeş üzvü olduğu partiyadan istefa verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, MHP-nin Türkiyə Böyük Millət Məclisindəki deputat qrupundan da çıxdığını bildirib.

Məlumatda qeyd olunub ki, T.Türkeş dünən hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Xatırladaq ki, MHP-nin Nəzarət-Təftiş Komissiyası sentyabrın 5-də T.Türkeşin partiya üzvlüyündən xaric edilməsi haqda qərar qəbul etmişdi. Buna səbəb T.Türkeşin MHP-nin qərarına zidd olaraq Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlunun formalaşdırdığı müvəqqəti hökumətdə baş nazirin müavini vəzifəsini tutması olub. O, MHP rəhbərliyində təmsil olunurdu və partiya sədrinin müavini idi. 

T.Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur.

Son xəbərlər

Orphus sistemi