Bakı. 2 sentyabr. REPORT.AZ/ "Bundestaqın erməni "soyqırımı" haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ölkə parlamentinin 2016-cı il iyunun 2-də qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirirərkən deyib.
"Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur", - deyə, nazir vurğulayıb.
Qeyd edək ki, iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib.