Yuxarı

Almazbek Atambekov: "Ölkə konstitusiyasında bir-birinə zidd olan maddələr var"

​Qırğızıstan prezidenti parlament idarəetmə formasına keçiddən danışıb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qırğızıstanın parlament idarəetmə formasına keçməsi məsələsinə baxaraq, onu xalqın müzakirəsinə çıxarmaq lazımdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambekov yeni hökumət üzvlərinin andiçmə mərasimindəki çıxışında bildirib.

"Həmin müddəaları istənilən şəkildə yazmaq olar. İki ildən sonra ölkəni bir nəfərin idarəçiliyinə təslim etməyimiz düzgün olmaz. Ona görə prezidentin səlahiyyətlərinin azaldılması və parlament idarəetmə formasına keçilməsini araşdırıb, məsələni xalqın müzakirəsinə çıxarmaq lazımdır",  - o, bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi