Almazbek Atambekov: "Ölkə konstitusiyasında bir-birinə zidd olan maddələr var"

Almazbek Atambekov: "Ölkə konstitusiyasında bir-birinə zidd olan maddələr var" ​Qırğızıstan prezidenti parlament idarəetmə formasına keçiddən danışıb
Region
6 Noyabr , 2015 11:16
Almazbek Atambekov: Ölkə konstitusiyasında bir-birinə zidd olan maddələr var

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qırğızıstanın parlament idarəetmə formasına keçməsi məsələsinə baxaraq, onu xalqın müzakirəsinə çıxarmaq lazımdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambekov yeni hökumət üzvlərinin andiçmə mərasimindəki çıxışında bildirib.

"Həmin müddəaları istənilən şəkildə yazmaq olar. İki ildən sonra ölkəni bir nəfərin idarəçiliyinə təslim etməyimiz düzgün olmaz. Ona görə prezidentin səlahiyyətlərinin azaldılması və parlament idarəetmə formasına keçilməsini araşdırıb, məsələni xalqın müzakirəsinə çıxarmaq lazımdır",  - o, bildirib.

Son xəbərlər

Orphus sistemi