Yuxarı

Almazbek Atambayevin həbs müddəti uzadılıb

​Almazbek Atambayevin həbs müddəti uzadılıb

Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Məhkəmə iclası sabiq prezidentin avqustun 8-dən bəri qaldığı istintaq təcridxanasının olduğu Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.

Daha əvvəl A.Atambayevin avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edilsə də, sonra onun saxlanılmasının qanuniliyi məsələsinə baxılması təxirə salınmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi