Yuxarı
    Bağlamaq

    Almazbek Atambayev qəza ilə əlaqədar Çinə səfərini yarıda dayandırıb

    Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması və yaşayış evinin üzərinə düşməsi dövlət başçısının səfərini yarıda dayandırmasına səbəb olub

    Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Çinə səfərini yarıda dayandıraraq ölkəsinə qayıdıb. 

    “Report” "Hürriyet"ə istinadən xəbr verir ki, Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması və yaşayış evinin üzərinə düşməsi dövlət başçısının səfərini yarıda dayandırmasına səbəb olub. 

    A.Atambayev Çinə işgüzar səfərə gedibmiş. Onun səfərdən sonra da bir müddət Çində qalması nəzərdə tutulurdu.  

    Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 37 nəfər ölüb. Dağıntılar altından 11 nəfər sağ çıxarılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi