Almazbek Atambayev: "MDB optimallaşdırılmış rejimdə fəaliyyət göstərəcək"

Almazbek Atambayev: "MDB optimallaşdırılmış rejimdə fəaliyyət göstərəcək" "25 il qət edilmiş məsafəni müəyyən etmək və gələcək üçün planlar qurmaq üçün böyük dövrdür"
Region
16 Sentyabr , 2016 17:50
Almazbek Atambayev: MDB optimallaşdırılmış rejimdə fəaliyyət göstərəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ MDB-nin bütün ölkələri bu birliyin optimallaşdırılması barədə razılığa gəliblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkekdə MDB Dövlət Şurası Başçılarının dar çərçivədə görüşündə bildirib.

"MDB-nin optimallaşdırılması barədə xeyli mübahisə oldu. Şadam ki, sonda bütün ölkələr ortaq məxrəcə gəldi və artıq optimallaşdırılmış rejimdə fəaliyyət göstərmək üçün sənədləri hazırlayıblar", - deyə A.Atambayev vurğulayıb.

O deyib ki, MDB-nin yaradılmasından ötən 25 il qət edilmiş məsafəni müəyyən etmək və gələcək üçün planlar qurmaq üçün böyük dövrdür.

Son xəbərlər

Orphus sistemi