Yuxarı

Almatıda atışma nəticəsində üç polis və bir mülki şəxs həlak olub - YENİLƏNİB 2

FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb

Bakı. 18 iyul. REPORT.AZ/ Almatıda naməlum şəxslərin polis idarəsinə basqını və səbəb olduqları atışma nəticəsində üç polis əməkdaşı və bir mülki şəxs həlak olub.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Almatıda aldığı güllə yarasından üç polis keçinib", - DİN-in bəyanatında deyilir. Eyni zamanda cinayətkarlardan birinin minik avtomobili ələ keçirmək istəyərkən sürücünü öldürdüyü bildirilib.

***10:43

Almatının mərkəzində rayon polis idarəsinə silahlı basqın olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis idarəsində atışma zamanı azı bir polis əməkdaşı həlak olub, bir neçəsi də yaralanıb.

Polisin məlumatına görə, şəhərdə antiterror əməliyyatı aparılır. 

***10:27

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda rayon polis idarəsində atışma baş verib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.

Polis idarəsinin olduğu zona polis tərəfindən mühasirəyə alınıb, qonşu binaların əməkdaşlarını ofisdən bayıra buraxmırlar. Lakin hələlik atışmanın hansı səbəbdən baş verdiyi bilinmir.

FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi