Almatıda polislərə atəş açan şəxslərdən biri həbs edilib - VİDEO

Almatıda polislərə atəş açan şəxslərdən biri həbs edilib - VİDEO Şəhərdə terror təhlükəsinin qırmızı dərəcəsi elan olunub
Region
18 İyul , 2016 12:15
Almatıda polislərə atəş açan şəxslərdən biri həbs edilib - VİDEO

Bakı. 18 iyul. REPORT.AZ/ Almatıda Abılay xan küçəsində polis atışmaya başlayan şəxslərdən birini həbs edib.

"Report" "Nur.kz" portalına istinadən xəbər verir ki, digər atəş açan şəxs axtarılır.

Şəhərdə terror təhlükəsinin qırmızı dərəcəsi elan olunub.

Almatı şəhər terrorla mübarizə üzrə əməliyyat qərargahı polislərə hücum nəticəsində ölənlərin olduğunu təsdiqləyib, amma dəqiq say göstərilməyib.

KİV-in məlumatına görə, hücum nəticəsində azı iki polis həlak olub, bir neçə hüquq-mühafizə işçisi yaralanıb.

Son xəbərlər

Orphus sistemi