Yuxarı

Almatıda atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Şəhərdə terror təhlükəsinin ən yüksək həddi rejimi ləğv edilib

Bakı. 18 iyul. REPORT.AZ/ Almatıdakı atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, daha 7 nəfər yaralanıb.

"Report" "Kazinfo"ya istinadən xəbər verir ki, bu barədə terrorla mübarizə üzrə şəhər əməliyyat qərargahının bəyanatında bildirilib.

Qeyd olunub ki, operativ və xüsusi tədbirlər nəticəsində şübhəli şəxsin bir taksiyə hücum etdiyi, hücum nəticəsində taksidəki sərnişinin - gənc qadının öldüyü müəyyənləşib.

"Hazırda şəhərdə vəziyyət sabitdir. Heç bir təhlükə yoxdur. Vəziyyət tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Almatıda terror təhlükəsinin ən yüksək (qırmızı) həddi rejimi ləğv edilib", - qərargahın məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi