Almatıda atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Almatıda atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb Şəhərdə terror təhlükəsinin ən yüksək həddi rejimi ləğv edilib
Region
18 İyul , 2016 18:07
Almatıda atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Bakı. 18 iyul. REPORT.AZ/ Almatıdakı atışma nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, daha 7 nəfər yaralanıb.

"Report" "Kazinfo"ya istinadən xəbər verir ki, bu barədə terrorla mübarizə üzrə şəhər əməliyyat qərargahının bəyanatında bildirilib.

Qeyd olunub ki, operativ və xüsusi tədbirlər nəticəsində şübhəli şəxsin bir taksiyə hücum etdiyi, hücum nəticəsində taksidəki sərnişinin - gənc qadının öldüyü müəyyənləşib.

"Hazırda şəhərdə vəziyyət sabitdir. Heç bir təhlükə yoxdur. Vəziyyət tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Almatıda terror təhlükəsinin ən yüksək (qırmızı) həddi rejimi ləğv edilib", - qərargahın məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi