Bakı.24 fevral. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhəri 2015-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib.
"Report" "newskaz.ru"ya istinadən xəbər verir ki, bunu İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "Almatı - İslam mədəniyyəti paytaxtı" adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Almatı Qazaxıstanın ən iri iqtisadi, elm və mədəniyyət mərkəzidir.
Bu beynəlxalq tədbir fevralın 24-də işə başlayıb. Konfransın plenar iclasına İslam Əmkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri, İSESKO-nun nümayəndələri, beynəlxaq təşkilatların təmsilçiləri və dini liderlər dəvət edilib.
Tədbirin təşkilatçıları Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Qazax Mədəni-elmi-Araşdırma İnsitutu və Almatı şəhər hökumətidir.
Xatırladaq ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı olub.