​Almaniyanın XİN başçısı İranda səfərdədir

​Almaniyanın XİN başçısı İranda səfərdədir Frank-Valter Ştaynmayer son 3 ayda ikinci dəfədir Tehrana səfər edir
Region
3 Fevral , 2016 11:23
​Almaniyanın XİN başçısı İranda səfərdədir

Bakı. 3 fevral. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrana səfər edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Almaniya XİN başçısı iranlı həmkarı Məhəmmədcavad Zəriflə Tehranda birgə mətbuat konfarsın keçirib.

Hər iki diplomat bölgədəki, o cümlədən Suriya və İraqdakı vəziyyətlə bağlı öz dövlətlərinin mövqelərini bildirib, terrorçuluğa qarşı mübarizədə Almaniya və İranın əməkdaşlığından danışıblar.

Qeyd edək ki, son 3 ayda Almaniyanın xarici işlər naziri ikinci dəfədir Tehrana səfər edir.

Son xəbərlər

Orphus sistemi