Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniyanın keçmiş kansleri Gerhard Şröder Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında vasitəçilik edəcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu tanınmış türk iş adamı Hüseyn Baraner deyib.
"Gerhard Şröder uzun illərdir Putin və Ərdoğanla yaxın dostluq edir. O, türk və rus dostluğunu qüvvətləndirəcək ən güclü adamdır", - o söyləyib.
Tanınmış iş adamı rusiyalı turistlərin Türkiyəyə gəlməsinin qarşısnın alınmasına da münasibət bildirib: "Ruslar gəlməsə də olar".