​Almaniyanın kansleri: "Türkiyənin etiraz notasını araşdırırıq"

​Almaniyanın kansleri: "Türkiyənin etiraz notasını araşdırırıq" Angela Merkel: "Siyasi problemlərdən asılı olmayaraq, bu maddə qüvvədədir"
Region
12 Aprel , 2016 17:13
​Almaniyanın kansleri: Türkiyənin etiraz notasını araşdırırıq

Bakı. 12 aprel. REPORT.AZ/ Almaniya hökuməti Türkiyənin teleaparıcıya qarşı notasını araşdırır. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Berlində Meksika prezidenti Enrike Penya Neto ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə Xarici İşlər Nazirliyinin teleaparıcı Yan Bemermanla bağlı etiraz notasına cavabında bildirib.

"Mən qeyd etmək istərdim ki, konstitusiyamızda özünü ifadə azadlğı maddəsi var. Siyasi problemlərdən asılı olmayaraq, bu maddə qüvvədədir", - deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında Almaniyanın ikinci telekanalında təhqiredici şeir oxuyan Yan Bemermanla bağlı AFR XİN-ə etiraz notası təqdim edib.

Bundan başqa, Almaniyanın Maynts prokurorluğunun məlumatına görə, Ərdoğan ZDF dövlət kanalında efirə gedən "Neo Magazin Royale" şousu zamanı onu təhqir edən Bemermanı hüquqi firma vasitəsilə məhkəməyə verib.

O, öz şou proqramında Türkiyə liderini "kürd və xristianları sıxışdırmaqda, həmçinin müxalifət qəzetlərini bağlamaqda" ittiham edib. Bundan əlavə, şeirin mətnində şəxsi xarakterli təhqiredici sözlər də olub.

Son xəbərlər

Orphus sistemi