Almaniyadakı türklər arasında Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb

Almaniyadakı türklər arasında Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb Almaniyada 1 milyon 400 min türkiyəli seçici yaşayır
Region
15 Mart , 2017 18:45
Almaniyadakı türklər arasında Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Almaniyada yaşayan türkiyəli seçicilər arasında arasında keçirilən rəy sorğularının nəticələrinə görə, respondetnlərin 55,4 faizi Türkiyədə Konstitusiya dəyişikliklərinin lehinə olduqlarını bildiriblər.

“Report” Haber7-yə istinadən xəbər verir ki, sorğunu Türkiyə-Avropa Təhsil və Elmi Araşdrımalar Fondu keçirib.

Rəyi soruşulanların 44,6 faizi dəyişikliyin əleyhinə olub. Onların 78,2 faizi “Almaniyanın Türkiyə ilə bağlı siyasətinə” mənfi, 55,8 faizi isə “Türkiyənin Almaniya ilə bağlı siyasətinə müsbət” yanaşdıqlarını bildiriblər.

Sorğu martın 6-9-da 1 360 seçici arasında Almaniyanın Münhen, Boxum, Ştuttqart, Frankfurt, Essen, Duisburq, Berlin, Hannover və Köln şəhərlərində keçirilib.

Xəbərdə bildirilib ki, Almaniyada 1 milyon 400 min türkiyəli seçici yaşayır.

Qeyd edək ki, 2015-ci ilin noyabrında keçirilən parlametn seçkilərində Almaniyadakı türkiyəli seçicilərin 59,7 faizi hakim Ədalət və İnkişaf Partiyasına (APK), 15,9 faizi terrorçu PKK qruplaşmasının dəstəklədiyi iddia edilən Xalqların Demokratik Partiyasına (HDP), 14,8 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP), 7, 5 faizi isə Milliyyətçi Hərəkat Partiyasına (MHP) səs verib.

Son xəbərlər

Orphus sistemi