Yuxarı

​Almaniya XİN sözçüsü: "Ankara ilə Moskva arasındakı yaxınlaşmanı alqışlayırıq"

Türkiyə prezidenti Su-24ün pilotunun ölümündə şübhəli bilinən Alparslan Çeliklə bağlı işin araşdırıldığını da söyləyib

Bakı. 8 avqust. REPORT.AZ/ "Almaniya Ankara ilə Moskva arasındakı yaxınlaşmanı yalnız alqışlaya bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Zavsan Şebli avqustun 8-də jurnalistlərə bildirib.

Məlumata görə, ötən ilin noyabrında Türkiyənin hava məkanını pozduğu üçün Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi vurulmuşdu. Son zamanlar Ankara ilə Moskva arasında yaxınlaşma davam edir. Almaniya XİN sözçüsü də həmin hadisədən sonra iki ölkə arasında münasibətlərin yaxşılaşmasını alqışladıqlarını vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TASS-a müsahibəsində "Su-24"ün pilotunun ölümündə şübhəli bilinən Alparslan Çeliklə bağlı işin araşdırıldığını da söyləyib.

Xatırladaq ki, avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi