Almaniyanın XİN başçısı: “Türkiyə ilə münasibətlərimiz çox gərgindir”

Almaniyanın XİN başçısı: “Türkiyə ilə münasibətlərimiz çox gərgindir” Ziqmar Qabriel: “Hər kəs bunun üçün bütün imkanlardan istifadə etməlidir”
Region
6 Mart , 2017 14:00
Almaniyanın XİN başçısı: “Türkiyə ilə münasibətlərimiz çox gərgindir”
awdnews.com

Bakı. 6 mart. REPORT.AZ/ “Münasibətlərimiz çox gərgindir və normallaşdırılması vacibdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından əvvəl rəsmi Berlinlə Ankara arasındakı münasibətlərdən danışarkən deyib.

“Hazırda əsas işimiz iki dövlət arasında münasibətləri normallaşdırmaqdır. Hər kəs bunun üçün bütün imkanlardan istifadə etməlidir”, - Z.Qabriel vurğulayıb.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Türkiyə rəsmiləri bu siyasi kampaniya qabağı xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları ilə görüşmək, təbliğatda iştirak etmək istəyirlər. Almaniya tərəfi isə buna razılıq vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Qaaenau şəhər rəhbərliyinin bu hərəkətinin faşistlərin siyasətinə oxşadığını bildirib.

Son xəbərlər

Orphus sistemi