Yuxarı

Almaniya XİN başçısı: "Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır"

Ştaynmayer İranı qonşu ölkələrlə münasibətlərdə fikir ayrılığını aradan qaldırmağa çağırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "İran nüvə proqramı ilə bağlı saziş üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu, İranla əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Berlində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, yeni bir başlanğıcdır. Ştaynmayer həmçinin İranı qonşu ölkələrlə münasibətlərdə fikir ayrılığını aradan qaldırmağa çağırıb. XİN başçısı qeyd edib ki, məhz bu məsələdəki hərəkətləri İranın əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi