Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb

Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb Alyansa üzv olan digər dövlətlər bu təklifi dəstəkləyib
Region
31 May , 2017 12:12
Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb

Bakı. 31 may. REPORT.AZ/ Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada NATO-nun növbəti zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsi təklifinə qarşı çıxıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Ankara bu təklifi alyansın mayın 24-25-də Brüsseldə keçirilən sammitində irəli sürüb.

“Der Spigel” qəzeti yazıb ki, iki ölkə arasındakı mövcud böhranlı vəziyyətə görə Almaniya bu təklifin əleyhinə olub. “Die Welt”in məlumatına görə, NATO-nun üzvü olan digər dövlətlər bu təklifi dəstəkləyiblər. 

Məlumata görə, yekun qərar təşkilata üzv dövlətlərin müdafiə nazirlərinin bu ilin iyununda Brüsseldə keçiriləcək toplantısında qəbul olunacaq.

Qeyd edək ki, NATO-nun 29 üzvü var. 

Son xəbərlər

Orphus sistemi