Almaniya Türkiyədəki "İncirlik" hərbi bazasına 550 hərbçi göndərəcək

Almaniya Türkiyədəki "İncirlik" hərbi bazasına 550 hərbçi göndərəcək Bu gün Almaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək
Region
3 Dekabr , 2015 15:57
Almaniya Türkiyədəki İncirlik hərbi bazasına 550 hərbçi göndərəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniya Türkiyədəki "İncirlik" hərbi bazasına 550 hərbçi göndərəcək. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bir müddət öncə Fransa və Almaniya hökumətləri Türkiyənin cənubunda yerləşən NATO-nun "İncirlik" hərbi bazasından istifadə etmək məqsədilə Ankaraya rəsmi müraciət ünvanlayıb. Bu gün Almaniyanın müdafiə naziri Ursula von der Leyen Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib. Parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Xatırladaq ki, hazırda Türkiyənin "İncirlik" hərbi bazasında ABŞ-ın 200 hərbçisi var.

Son xəbərlər

Orphus sistemi