Yuxarı

Almaniya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı layihənin müzakirəsini təxirə salıb

“Der Spiegel”: Bu qərarın arxasında Türkiyənin lazımsız yerə qəzəbləndirilməməsi istəyi dayanır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Almaniya parlamenti (Bundestaq) qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı layihənin müzakirəsini təxirə salıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazıb.

Məlumatda bildirilib ki, Almaniya parlamentində təmsil olunan partiyaların fraksiyaları Osmanlı İmperiyası dövründə türklər tərəfindən ermənilərə qarşı soyqırımı törədildiyi iddia edilən layihənin ikinci və üçüncü oxunuşunun qeyri-müəyyən müddətədək təxirə salınmasına yekdilliklə səs veriblər.

Hökumət partiyalarının xarici siyasət məsələləri üzrə sözçüləri bu qərarı şərh etmək istəməyiblər.

"Der Spiegel" isə öz mənbələrinə əsaslanaraq bu qərarın arxasında Türkiyənin lazımsız yerə qəzəbləndirilməməsi istəyinin dayandığını qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi