​Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb - VİDEO

​Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb - VİDEO Angela Merkel Atatürkün mavzoleyinə çələng qoyub
Region
8 Fevral , 2016 15:02
​Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb - VİDEO

Bakı. 8 fevral. REPORT.AZ/ "Türk və alman xalqları arasında xüsusi dostluq ruhu ilə çağdaş Türkiyə Cümhuriyyətinin atası və Avropaya gedən yolun memarı Mustafa Kamal Atatürkün xatirəsinə dərin hörmətlərimlə".

"Report" "Anadolu" agentliyinə istindən xəbər verir ki, bunu Türkiyəyə səfərini Atatürkün mavzoleyindən başlayan Almaniya kansleri Angela Merkel oradakı xatirə dəftərinə yazıb. A.Merkel Atatürkün mavozeleyinə çələng qoyub.

Məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kanslerini Çankaya köşkündə qarşılayıb.

Hökumət başçıları iki dövlət arasındakı əlaqələrə, qaçqın probleminə və bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi