Almaniya kansleri Türkiyəyə səfər edib - FOTO

Almaniya kansleri Türkiyəyə səfər edib - FOTO Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Region
24 Yanvar , 2020 01:10
Almaniya kansleri Türkiyəyə səfər edib - FOTO

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Angela Merkeli gətirən təyyarə yerli vaxtla saat 23:15-də Atatürk Hava Limanına enib.

Səfərin gedişatında Türkiyə prezidenti və Almaniya hökumətinin başçısı ikitərəfli əlaqələri və əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər. Ərdoğan və Merkelin danışıqlarında eləcə də Liviya və Suriyada yaranmış vəziyyət müzakirə mövzularından olacaq. 

Bundan əlavə, Gömrük İttifaqı razılaşmasının yenilənməsi kontekstində Türkiyə və Avropa İttifaqının (Aİ) qarşılıqlı təsirləri və Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdiriməsi mövzularına da toxunulacaq.

Qeyd edək ki, Berlin iyuldan Avropa İttifaqı Şurasına sədrlik edəcək.

Ərdoğan və Merkel habelə İstanbulda Türk-alman Universitetinin yeni tədris korpuslarının açılış mərasimində də iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi