​Almaniya kansleri Türkiyəyə səfər edəcək

​Almaniya kansleri Türkiyəyə səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Angela Merkellə görüşəcək
Region
20 May , 2016 14:46
​Almaniya kansleri Türkiyəyə səfər edəcək

Bakı. 20 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də İsrtanbulda Almaniya kansleri Angela Merkellə görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti ilə Almaniya kansleri arasında görüş planlaşdırılıb.

Xatırladaq ki, Humanitar Məsələlərə Dair Dünya Sammiti mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. BMT-nin baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.

A.Merkel İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi