Yuxarı
    Bağlamaq

    ​Almaniya kansleri Suruçda baş verən terror aktı ilə əlaqədar başsağlığı verib

    Merkel: Bizi terrorizmə qarşı birgə mübarizə birləşdirir

    Bakı. 21 iyul. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel 30 nəfərin həlak olduğu və 100-dən artıq insanın yaralandığı Suruç şəhərində baş verən terror aktı ilə əlaqədar Türkiyənin baş naziri Əhməd Davudoğluna başsağlığı verib.

    "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Merkelin bəyanatı Almaniya hökumətinin rəsmi saytında yerləşdirilib.

    Bazar ertəsi, Suriya ilə sərhəddə yerləşən Suruç şəhər mədəniyyət mərkəzinin qarşısındakı kafedə terror aktı baş verib. Bombanın terrorçu kamikadze tərəfindən işə salındığı bildirilir. Bu zaman Mədəniyyət Mərkəzinin qarşısında Suriyanın terrorçu "İŞID"  qruplaşmasının hücumları nəticəsində dağıdılan və ziyan çəkən Kobani şəhərinə yardım göstərmək üçün oraya yola düşməyə hazırlaşan Türkiyə kürdləri toplaşmışdı. Hökümət rəsmiləri terror aktına görə məsuliyyətin "İslam Dövləti" qruplaşmasının üzərinə düşdüyünü deyir.

    "Bu çətin anlarda Almaniya tamamilə sizin ölkənizin tərəfindədir. Bizi terrorizmə qarşı birgə mübarizə birləşdirir. Bizi ortaq dəyərlər və xalqların dinc yanaşı yaşamasının qorunması məqsədi ilə aparılan mübarizə birləşdirir", - Almaniya kanslerinin bəyanatında bildirilib.

    Onun sözlərinə görə, Alman vətəndaşları "mənən həlak olanların yaxınları ilə birlikdədirlər". Kansler həmçinin hücum nəticəsində yaralananlara tezliklə tam sağalmalarını arzulayıb.

    Xatırladaq ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq də terror hücumu nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

    Qeyd edək ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan, Rusiya, Belarus dövlət başçıları və rəsmi şəxsləri də daxil olmaqla, terrror aktı ilə bağlı başsağlığı veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi