Yuxarı

​Almaniya kansleri Moskvadakı parada qatılmayacaq

Angela Merkel yaxın zamanda Rusiyaya səfər etməyi planlaşdırır

Bakı. 11 mart. REPORT.AZ/ Almaniyan kansleri Angela Merkel Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o bu qərarı Ukraynadakı vəziyyətlə əlaqədar bir neçə gün öncə qəbul edib.

Məlumatda bildirilib ki, bununla belə, Angela Merkel yaxın zamanda Rusiyaya səfər etməyi planlaşdırır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək parada dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi