Yuxarı

Almaniya kansleri İranın nüvə sazişini Rusiyada müzakirə edəcək

Almaniya kansleri İranın nüvə sazişini Rusiyada müzakirə edəcək

Bakı. 11 may. REPORT.AZ/ “Almaniya kansleri Angela Merkel İranla imzalanan nüvə sazişini müzakirə etmək üçün mayın 18-də Rusiyaya gedəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi vəzifəsini icra edən Yuri Uşakov mayın 11-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Soçidə keçiriləcək görüşdə ikitərəfli münasibətlər, İranın nüvə sazişi, Suriyadakı münaqişənin tənzimlənməsi də daxil olmaqla, bir sıra beynəlxalq məsələlər müzakirə ediləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi