Almaniya kansleri Aİ-Türkiyə müzakirələrinə dair açıqlama verib

Almaniya kansleri Aİ-Türkiyə müzakirələrinə dair açıqlama verib Angela Merkel: “Türkiyə qaçqınlar məsələsində əməkdaşlıq etmək üçün Avropa İttifaqı üçün çox əhəmiyyətli ortaqdır”
Region
19 Oktyabr , 2017 19:02
Almaniya kansleri Aİ-Türkiyə müzakirələrinə dair açıqlama verib

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Türkiyə qaçqınlar məsələsində əməkdaşlıq etmək üçün Avropa İttifaqı üçün çox əhəmiyyətli ortaqdır”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angel Merkel oktyabrın 19-da Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısının açılışından əvvəl bildirib.

“Biz yaxın illərdə üzərimizə 3 milyard avro ayırmaq öhdəliyi götürmüşük. Qaçqınların ehtiyaclarının ödənilməsinə sərf ediləcəyinə görə bu öhdəliyi yerinə yetirməliyik”, - kansler vurğulayıb.

A.Merkel deyib ki, sammit iştirakçıları bu məbləğin Ankaraya ödənişinə məhdudiyyətin tətbiq edilməsinin mümkünlüyünü müzakirə edəcəklər: “Ona görə də bütün tərəflərin mövqeyi dinləniləcək”.

Kansler Avropa İttifaqının Türkiyə ilə müzakirələri dayandırmaqla bağlı tələb irəli sürməyəcəyini də söyləyib. 

Son xəbərlər

Orphus sistemi