Almaniya firmalarının İrandakı nümayəndəliklərinin sayı iki dəfə azalıb

Almaniya firmalarının İrandakı nümayəndəliklərinin sayı iki dəfə azalıb Almaniya firmalarının İranda fəaliyyət göstərən nümayəndəliklərinin sayı ötən illin yanvar fevral ayı ilə müqayisədə 52,6 faiz azalıb.
Region
10 May , 2019 14:21
Almaniya firmalarının İrandakı nümayəndəliklərinin sayı iki dəfə azalıb

Almaniya firmalarının İranda fəaliyyət göstərən nümayəndəliklərinin sayı ötən illin yanvar fevral ayı ilə müqayisədə 52,6 faiz azalıb.

“Report” “dv”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Ticarət və Sənaye Palatası Birliyi məlumat yayıb.

Buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.

Bildirilib ki, 2018-ci ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 223 milyon avro təşkil edib. 2019-cu ilin hesabat dövründə isə bu rəqəm iki dəfə azalıb.

2018-ci ildə Almaniyanın İrana ixracı özündən əvvəlki illə müqayisədə 8 faiz azalaraq 2,71 milyard avro təşkil edib. İrandan Almaniyaya ixrac olunan məhsulun həcmi 42,2 faiz azalaraq, təxminən, 41 milyon avro təşkil edib.

Məlumata görə, hazırda İranda Almaniyanın 60-a yaxın firmasının nümayəndəliyi fəaliyyət göstərir. Bu isə 2015-c il iyulun 15-dən sonrakı dövrlə müqayisədə iki dəfə azdır.

Qeyd edək ki, mayın 8-də İran nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bir qisminin icrasını dayandıracağını bildirib.

Son xəbərlər

Orphus sistemi