Ukrayna Ali Radası bir sıra qanunlara parlament seçkiləri sisteminin dəyişidirilməsini nəzərdə tutan düzəlişlər haqqında ölkə prezidenti tərəfindən təqdim olunmuş qanun layihəsini və ona alternativ layihəni gündəmə daxil etməyib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, sənədləri gündəmə salmağın lehinə 254 deputatın cəmi 92-si səs verib. Bununla da parlamentin növbədənkənar iclası hər hansı qərar qəbul olunmadan başa çatıb.
Bundan əvvəl ölkə prezidenti Vladimir Zelenski parlament seçkilərilə bağlı qanunlara dəyişiklik edilməsi üçün mayın 22-nə Ali Radanın təcili iclasını təyin etmişdi. Belə ki, dəyişikliklər sırasında majoritar sistemin ləğvi, parlamentə seçilmək üçün minimum səs həddinin 5 faizdən 3 faizədək azaldılması var idi.