Aleksandr Lukaşenko ​beşinci dəfə Belarus prezidenti kimi and içib

Aleksandr Lukaşenko ​beşinci dəfə Belarus prezidenti kimi and içib Andiçmə mərasimində mindən çox qonaq iştirak edib
Region
6 Noyabr , 2015 13:43
Aleksandr Lukaşenko ​beşinci dəfə Belarus prezidenti kimi and içib

Bakı. 6 noyabr. REPORT.AZ/ Aleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti kimi and içib və səlahiyyətlərinin icrasına başlayıb.

"Report" xəbər verir ki, bu haqda "BelTA" agentliyi məlumat yayıb.

Məlumata görə, A.Lukaşenko noyabrın 6-da "Müstəqillik Sarayı"nda ölkə konstitusiyasının xüsusi nüsxəsinə sağ əlini basaraq, and içib. İlk dəfədir ki, andiçmə "Müstəqillik Sarayı"nda keçirilib.

Andiçmə mərasimində mindən çox qonaq iştirak edib.

Andiçmədən sonra A.Lukaşenko Belarus prezidenti kimi vəzifə səlahiyyətlərinin icrasına başlaması haqda uyğun aktı imzalayıb. Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda prezident seçkisi bu il oktyabrın 11-də keçirilib. 

Son xəbərlər

Orphus sistemi