​Edvard Nalbandyan: "Vladimir Putin yaxın günlərdə Ermənistana səfər edəcək"

​Edvard Nalbandyan: "Vladimir Putin yaxın günlərdə Ermənistana səfər edəcək" Erməni nazir: "O, İrəvanda keçiriləcək "erməni soyqırım"ına həsr olunan tədbirlərə qatılacaq"
Region
8 Aprel , 2015 13:38
​Edvard Nalbandyan: Vladimir Putin yaxın günlərdə Ermənistana səfər edəcək

Bakı.8 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə İrəvana səfəri gözlənilir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Rusiya prezidenti İrəvanda keçiriləcək "erməni soyqırım"ına həsr olunan tədbirlərə qatılmaq üçün yaxın günlərdə Ermənistana səfər edəcək", - E.Nalbandyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi görüşdə vurğulayıb.

O, qeyd edib ki, rəsmi İrəvan Rusiya və Ermənistanın dövlət başçılarının "mayda Moskvada görüşəcəklərinə də ümidvardır".

Son xəbərlər

Orphus sistemi