Aktrisa Leyla Abaşidze Tbilisidə vəfat edib

Aktrisa Leyla Abaşidze Tbilisidə vəfat edib Bakı. 9 aprel. REPORT.AZ/ Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.
Region
9 Aprel , 2018 00:15
Aktrisa Leyla Abaşidze Tbilisidə vəfat edib

Bakı. 9 aprel. REPORT.AZ/ Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Palatasından jurnalistlərə məlumat verilib.

Məlumata görə, artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub. 

1951-ci ildə Tbilisinin Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Abaşidze bir sıra komik və dramatik rolları ifa edib. O, oynadığı rollara görə bir sıra mükafatlar qazanıb. Abaşidze 2010-cu ildə Tbilisinin fəxri vətəndaşı adını qazanıb.

Son xəbərlər

Orphus sistemi