Bakı. 16 oktyabr. REPORT.AZ/ "Ankarada dəmiryolu vağzalında terroru törədənlərin kimlikləri 99 faiz dəqiqləşib".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada dəmiryolu vağzalında baş verən terror nəticəsində həyatını itirənlərin sayı yüz nəfərə çatıb.